MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”
Bizi izləyin

Dünya

MHP sədri: “Bu, Türkiyə üçün müharibə səbəbi sayılmalıdır”

“Suriyanın İdlib şəhərinə qarşı keçirilməsi planlaşdırılan əməliyyat Türkiyənin küncə sıxışdırılmasıdır”.

Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə sərhədində “Əl-Qaidə” terror təşkilatının mövcudluğu barədə ABŞ-ın Suriya nümayəndəsinin bəyanatı məqsədli şəkildə səsləndirilib.

“Qəndil və Sincar məhv edilməlidir. Qəndil yerlə-yeksan edilməlidir”, - partiya sədri bildirib.

O, Şimali İraq kürd muxtariyyətində keçirilməsi planlaşdırılan referendumu “Kürdüstan”ın məşqi addlandırıb.

“Referendum Türkiyə üçün lazım olarsa, müharibə səbəbi olaraq qiymətləndirilməlidir”, - Dövlət Baxçalı bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm