Dünya
"Boko Haram" Nigeryanı qana boyadı: 118 ölü
Nigeriyada terrorçular bazarı
partlatdılar.
Partlayışlar arasında 30 dəqiqə interval olub. İkinci partlayış baş verən vaxt hadisə yerinə xilasedicilər gəldiyi və şahidlər toplaşdığından, itki sayı daha çox olub. Yerli yanğınsöndürmə xidməti, bazarın ərazisində terrorçuların tələ şəklində yerləşdirdiyi başqa partlayışların olduğunu istisna etməyib.
Terror hücumuna görə əsas şübhələr, bir müddət əvvəl məktəbli
qızları kütləvi şəkildə qaçırmış "Boko Haram" qruplaşmasına
yönəlib. Nigeriya Senatı dünən hərbçilərin 2Boko Haram"
esktremistlərinə qarşı əməliyyatlar keçirdiyi 3 ştatda, fövqəladə
vəziyyətin uzadılmasına qərar verib. Adı çəkilən qruplaşma 300-ə
yaxın yeniyetmə qızları girov götürüb, ekstremist qruplaşmanın
rəhbəri internetdə yaydığı videoda onları evləndirmək məqsədilə
qara bazarlarda satacaqlarını demişdilər. Bu günkü partlayışda da
ölənlərin demək olar ki, çoxu qadınlar olub.
Qaçırılan qızlar haqda Birləşmiş Ştatların məhşur SBS kanalı
reportaj hazırlayıb. Kanal özünü "Boko Haram" qruplaşmasının üzvü
kimi təqdim edən şəxsdən müsahibə alıb. Müsahibə zamanı əsas diqqət
ötən ay qaçırılan 300-ə yaxın qızın taleyinə yönəldilib. Saleh
Abubəkir adlı şəxs qaçırılan qızlara "Boko Haram" silahlılarının
həbsxanalarda saxlandığı müddətdə heç bir şey olmayacağını deyib.
O, qızların qaçırılması ilə bağlı planın 3 ay ərzində ərsəyə
gətirildiyini deyib. Saleh Abubəkir "Boko Haram"ın Əl-Qaidəyə bağlı
olduğunu bildirib. O, Əl-Qaidədən hər hansı bir yardımın alınması
ilə bağlı sualı cavablandırmayıb.
"Boko Haram" qruplaşmasının üzvü, Saleh Abubəkir müsahibə zamanı
bildirib ki, “xeyr, mən bu barədə sizə heç bir şey deyə bilmərəm.
Amma onlar bizim müsəlman qardaşlarımızdır. Bizim Amerikada da,
Almaniyada da qardaşlarımız var.”
Saleh Abubəkir yenə də çoxlu sayda qızın qaçırılması barədə
planların oldğunu da bildirib. O, həmçinin qızların ölkə xaricinə
çıxarılması sualını cavablandırmayaraq onların İslamı könüllə qəbul
etdiklərinə görə qul kimi satılmayacağını bəyan edib.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO