Dünya
“ABŞ-ın son addımına reaksiya verəcəyik”
Moskva ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun bu ölkənin qərarı ilə bağlanmasına reaksiya verəcək.
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın
xarici işlər naziri Sergey Lavrov deyib. "Biz bu
barədə ətraflı notanı dünən almışıq, bununla məşğuluq. Təhlili başa
çatdırdıqdan sonra reaksiya verəcəyik", - deyə nazir Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki
Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni
məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər
San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu
Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO