Meksikada növbəti zəlzələ baş verdi
Bizi izləyin

Dünya

Meksikada növbəti zəlzələ baş verdi

Meksika sahillərində Teuantepek körfəzində növbəti güclü zəlzələ baş verib.

"RİA Novosti"nin yaydığı məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Zəlzələnin maqnitudası 5,7 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:07-də qeydə alınıb. Episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə yerləşirib.

Zəlzələnin ocağı 53 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm