Hillari Klinton boşanır
Bizi izləyin

Dünya

Hillari Klinton boşanır

Amerika KİV ölkənin eks-prezidenti Bill və Hillari Klintonların ailəsinin dağılmaq üzrə olduğu barədə məlumat yayıb.

Boşanmanın təşəbbüskarı Hilari Klintondur. 20 il əvvəl həyat yoldaşının Monika Levinski ilə sevgi macəraları barədə söz-söhbətlərə dəyanətlə dözən Hilarinin artıq səbr kasası daşıb. Monikanın, işıq üzü görən kitabında, Bill Klintonla münasibətlərini bütün çılpaqlığı ilə təsvir etməsi Hilarini hövsələdən çıxarıb. O, artıq birgə yaşayışa dözə bilmir.

Aktual.az-ın xarici KİV-dən aldığı məlumata görə, Hilari Klinton ərindən boşanmağa qərar verib. Deyilənə görə, o, təcrübəli vəkil tapıb və artıq məhkəməyə təqdim etmək üçün sənədlərin hazırlanma prosesi gedir.

Boşanma Bill Klintona 120 milyon dollara başa gələcək.

Xatırladırıq ki, Bill və Hilari Klintonlar 38 ildir ki, evlidirlər. Onların Çelsi adlı bir qızları var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm