Poroşenko ABŞ-la silah razılaşmasından danışdı
Bizi izləyin

Dünya

Poroşenko ABŞ-la silah razılaşmasından danışdı

ABŞ prezidenti Donald Tramp hərbi-texniki əməkdaşlığın köməyi ilə Ukraynanı dəstəkləməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu Trampla görüşünü şərh edən Ukrayna prezidenti Petro Poroşenko “Fox News Business” telekanalın efirində bildirib.

Poroşenko vurğulayıb ki, Vaşinqtonun Ukraynaya söz verdiyi silahlar ölümcül deyil, müdafiə xarakterli olacaq.

“Biz ABŞ-dakı partnyorlarımızdan möhkəm öhdəlikləri aldıq. Amma biz “Javelin” (Amerika tank əlehinə raketlər – red.) komplekslərindən deyil, Ukrayna Silahlı qüvvələrinin hərəkətlərinin effektivləşdirəcək radio-elektron vasitələrindən danışırıq”, - Ukrayna prezidenti deyib.

Onun sözlərinə görə, Ukraynanın özü çox effektiv tank əleyhinə raketləri istehsal edir.

Daha əvvəl Poroşenko bildirib ki, Amerika silahları Kiyevə Donbası azad etməyə kömək edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm