Kərkükdə fövqəladə vəziyyət elan olundu
Bizi izləyin

Dünya

Kərkükdə fövqəladə vəziyyət elan olundu

Fövqəladə vəziyyət sabaha qədər qüvvədə olacaq. 

İraqın Kərkük şəhərində fövqəladə vəziyyət elan olunub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil məlumat verib.

Onun sözlərinə görə, "referendum"dan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Fövqəladə vəziyyət sabaha qədər qüvvədə olacaq.

Qeyd edək ki, bu gün İraqın şimalındakı kürd muxtar bölgəsində "müstəqilliklə bağlı referendum" keçirilir. Referendum bölgədəki türkmənlər və ərəblər tərəfindən boykot olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm