Dünya
Hər şey müharibəyə doğru: başlanma VAXTI AÇIQLANDI
“Donetsk Xalq Respublikası” separatçı qurum tərəfindən təmas xəttinin möhkəmləndirilməsi göstərir ki, 2018-ci ildə Donbasda döyüş əməliyyatları aktivləşəcək”.
Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə “Gürcü milli legion”unun komandir müavini Şota Kedelaşvili deyib.
“2014 və 2015-ci illər döyüş əməliyyatlarının daha aktiv mərhələsi idi. 2016 və 2017-ci illər daha sakit keçdi. Amma düşünürəm ki, hər şey 2018-ci ilin çox isti olacağını göstərir”, - Kedelaşvili bildirib.
Daha əvvəl Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan “Obozrevatel” nəşrinə bildirib ki, Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər.
“Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub. Mümkündür ki, cəbhədə bu cür genişmiqyaslı hərəkətlər gələcəkdə də baş versin. Ukrayna ordusu öz döyüş sursatlarının bir hissəsindən məhrum edilərsə, onlar əhəmiyyətli dərəcədə zəifləyəcək”, - Boqdan qeyd edib.
Xatırladaq ki, döyüş sursatı anbarında partlayış sentyabrın 26-dan 27-nə keçən gecə baş verib. Anbar Ukrayanın ən böyük döyüş sursatları anbarlarından biri idi. Burada “Smerç”, “Uraqan” və “Qrad” reaktiv yaylım atəş sistemlərinin raketləri saxlanılırdı. Ukrayna Baş qərargahının açıqladığı informasiyaya görə, hərbi anbarda arsenalın təxminən 30 faizi məhv olub.
Lakin bəzi mənbələr itkilərin 50 faizdən yuxarı olduğunu bildirirlər. Qeyd edilir ki, bu hadisə ordunun hərbi təchizatında ciddi problemlər yarada bilər.
Ömər Dağlı
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı