“2001-ci ildə Kim Çen İr mənə dedi ki...” - Putin 16 illik SİRRİ AÇDI
Bizi izləyin

Dünya

“2001-ci ildə Kim Çen İr mənə dedi ki...” - Putin 16 illik SİRRİ AÇDI

“Şimali Koreya lideri Kim Çen İr hələ 2001-ci ildə mənə Pxenyanda olan atom bombasından və silahların sonrakı inkişafı üzrə planlardan danışdı”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin energetika konfransının plenar sessiyasında deyib.

“Mən 2001-ci ildə Yaponiyaya gedərkən Şimali Koreyada oldum və orada indiki liderin atası ilə görüşdüm. O mənə dedi ki, onlarda atom bombası var. Bu, 2001-ci il idi. İndi 2017-ci ildir. Onlarda atom bombasının əvəzində indi hidrogen bombası var. Pxenyanın ən sadə artilleriya sistemləri və 2700 kilometr uçuş məsafəsi olan orta mənzili raketlərin əvəzinə, artıq 5 min kilometr uçuş məsafəsi olan raketləri var”, - Putində dəqiqləşdirib.

Rusiya prezidenti vurğuladı ki, Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyalar yolu ilə mövcud problemləri həll etmək mümkün deyil.

Xatırladaq ki, Şimali Koreyanın hazırkı lideri Kim Çen In atasını ölümündən sonra - 2011-ci ildə əvəz edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm