Uşaq evi yandırıldı: 6 uşaq diri-diri yandı - - FOTOLAR
Bizi izləyin

Dünya

Uşaq evi yandırıldı: 6 uşaq diri-diri yandı - - FOTOLAR

Braziliyada uşaq bağçasındakı yanğını törədənin kimliyi bəlli olub.

Publika.az xəbər verir ki, bağçada mühafizəçi kimi çalışan 50 yaşlı Damiao Soares dos Santos qərəzli şəkildə bağçaya benzin tökərək yandırıb. Hadisə ilə bağlı şəhərdə 7 günlük matəm elan edilib.

Ölən uşaqların ailələrinə baş sağlığı verilib.

***

Braziliyanın Minas Geris kəndində fəaliyyət göstərən uşaq evi yandırılıb.

Publika.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində 6 uşaq yanaraq həlak olub. 40 nəfərdən çox uşaq ağır dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Yaralılar isə kəndin yaxınlığındakı xəstəxanaya aparılıb.

Yanğının bilərək törədildiyi iddia edilir. Hadisəni törədənin kimliyini müəyyənləşdirmək istiqamətində işlər aparılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm