Macarıstan Avropa İttifaqını qanunsuz qaçqın köçlərinə dəstək olmaqda ittiham etdi
Bizi izləyin

Dünya

Macarıstan Avropa İttifaqını qanunsuz qaçqın köçlərinə dəstək olmaqda ittiham etdi

Macarıstanın Baş Naziri Viktor Orban Avropa İttifaqının (Aİ) macar əsilli Corc Sorosun qaçqınlar mövzusunda hazırladığı planı tətbiq etdiyini bildirib.

Publika.az xəbər verir ki, V.Orban bu haqda qaçqınlıq böhranı ilə bağlı həftəlik analizində danışıb.

O, macarların bir müddət əvvəl hökumət tərəfindən başladılan milli dirəniş kampaniyasına qatılaraq bu plana qarşı çıxacaqlarını söyləyib:

“Corc Soros insanları və təşkilatları satın alıb. Brüssel də onun təsiri altındadır. Tel sərhədləri yıxıb milyonlarla qaçqını Avropaya gətirmək, daha sonra da bu qaçqınları zorla dağıtmaq istəyirlər. Bu siyasətləri qəbul etməyənləri də cəzalandırmaq niyyətindədirlər”.

Qeyd edək ki, Macarıstan qaçqınlara qarşı sərt münasibəti ilə tanınır. Hökumət C.Sorosu onun maliyyələşdirdiyi qurumlar vasitəsilə ildə təxminən 1 milyon qaçqını Avropaya daşımaqda ittiham edir.

Baş nazir V.Orban daha öncə verdiyi açıqlamada da C.Sorosun gizli formada qanundankənar köçə maddi dəstək verdiyini demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm