Dünya
Tramp niyə bolluca tvit atırmış? - Prezidentin ilk həyat yoldaşı bütün sirləri açdı - FOTO

ABŞ Prezidenti Donald Trampın 25 il öncə boşandığı ilk həyat yoldaşı İvana Tramp ilk dəfə keçmiş həyat yoldaşı ilə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, İ.Tramp “mən olmasaydım, Donald Tramp indi gördüyünüz şəxsiyyət olmayacaqdı” deyib.
D.Trampdan olan 3 uşağı - Donald Jr, Erik və İvanka ilə qürur duyduğunu deyən İvana seçki kampaniyası zamanı uşaqlarını böyük sevinc hissi ilə izlədiyini deyib. O, hətta uşaqları haqqında “Raising Trump” (Tramp böyütmək) adlı kitab yazmağı da planlaşdırıb.
İ.Tramp uşaqları kimin böyütdüyünə və tərbiyə verdiyinə dair suala isə “əlbəttə ki, mən” cavabını verib.
D.Trampın ilk həyat yoldaşı olan İvana prezidentin sonrakı həyat yoldaşları ilə bağlı da fikirlərini bölüşüb:
“İkinci həyat yoldaşının (Marla Maples) adını belə hallandırmaq istəmirəm. O, tam bir şou qadınıdır. Uğur qazanmamış biridi. Ancaq Melaniya ilə münasibətlərim çox yaxşıdır. Çünki o, həqiqi mənada birinci xanımdır”.
Hazırda D.Tramp ilə münasibətlərinin normal olduğunu deyən İvana keçmiş ərinin ona müxtəlif vəzifələr təklif etdiyini də etiraf edib:
“O, mənə ABŞ-ın Çexiyadakı səfiri vəzifəsini təklif etdi. Lakin mən şəxsi həyatımı qorumaq istədim və bu təklifi rədd etdim”.
Keçmiş həyat yoldaşı ilə hər həftə telefonla əlaqə saxladığını deyən İvana prezidentə tvitteri onun məsləhət gördüyünü bildirib:
“Ona tvit atmasını mən məsləhət gördüm. Bu yeni yol, yeni bir texnologiyadır. Çünki “Nyu-York Tayms” qəzetindən fərqli olaraq, tvitter onun fikirlərini təhrif etməyəcəkdi”.
Qeyd edək ki, 1977-ci ildə evlənən cütlük Donald Trampın Marla Mapleslə olan münasibətlərinin ortaya çıxmasından sonra -1992-ci ildə boşanıb. Daha sonra Marla ilə evlənən Trampın bu evlilikdən Tiffani adlı bir qızı olub.
Zümrüd







-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq