Dünya
"Günahkar Amerikadır" - Ruhanidən Trampa MESAJ

"Bu sənəd İran və ABŞ arasında bağlanmayıb ki, Tramp öz kefinə görə hərəkət etsin. Söyüşlərinə və gülünc ittihamlarına son verməlidir".
Publika.az xəbər verir ki, bu sözləri ötən gün İranı nüvə razılaşmasının şərtlərinə əməl etməməkdə günahlandıran ABŞ prezidenti Donald Trampın çıxışına cavab olaraq İran lideri Həsən Ruhani deyib.
Yerli telekanallardan birinə açıqlama verən Həsən Ruhani Trampın sərt və əsassız ittihamlarına cavab vermək vaxtıdır deyib:
"İran milləti haqqında təhqir və bir yığın gülünc ittihamlar səsləndirən Donald Tramp, eləcə də amerika xalqı dünya tarixini və coğrafiyasını yaxşı oxusunlar. Son 60 il ərzində baş verən qlobal hadisələrin əksəriyyətinin günahkarı məhz Amerikadır".
İran prezidenti həmçinin Trampın 2015-ci ildə bağlanmış nüvə sazişinə yenidən baxılmasına dair tələbini də rədd edib: " Bu saziş İran və ABŞ arasında bağlanmayıb. İranla “altılıq” ölkələri arasında 2015-ci ildə imzalanan sazişə heç bir dəyişiklik edilməyəcək. Gülünc ittihamlarına və təhqirlərinə son versin. Heç bir sanksiyalar İranı məhv etməyə yetməz".
Həsən Ruhani son olaraq onu da qeyd edib ki, İran öz ölkəsinin hüquqlarının müdafiə olunduğu müddətdə nüvə sazişində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək.
Könül Cəfərli

-
Qoroskop00:15
Günün qoroskopu: Böyük xərclərdən çəkinmək məsləhətdir
-
Dünya28 Aprel 23:40
Hindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri
-
Magazin128 Aprel 21:48
Azərbaycanın Xalq artisti yıxıldı, qolu sındı
-
Nida Xəbər 28 Aprel 20:50
“Bir görəydim ayrılığı kim saldı?” - Pezeşkianın Bakıda ayaqda alqışlandığı anlar - VİDEO
-
Hadisə28 Aprel 20:30
Gəncədə ağır qəza - Xəsarət alanlar var
-
Hadisə28 Aprel 19:50
Aeroport yolunda 1 saatlıq tıxaca səbəb olan qəzanın görüntüləri - VİDEO
-
Kriminal28 Aprel 19:30
Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqlədi
-
Nida Xəbər 28 Aprel 18:55
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian