Dünya
Kiyev Moskva ilə dialoq üçün şərtini açıqladı
“Ukraynada keçirilən prezident seçkiləri Rusiya Federasiyası ilə münasibətlərin qaydaya salınması üçün başlanğıc nöqtəsi ola bilər”.
Publika.az - ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Andrey Deşitsa yapon mətbuatına müsahibəsində deyib.
Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı ümid etdiyini bildirib ki, Rusiya onun ölkəsində keçirilən növbədənkənar prezident seçkilərinin legitimliyini tanıyacaq: “Rusiya seçkilərin nəticələrini tanıyarsa, bu, dialoq üçün başlanğıc nöqtəsi olacaq. Əgər seçkilərdə kifayət qədər seçici iştirak edibsə və beynəlxalq müşahidəçilər seçkiləri müsbət qiymətləndiribsə, o halda Rusiyanın seçkilərin nəticələrini qəbul etməməsi üçün heç bir əsası yoxdur”.
O, həmçinin qeyd edib ki, Qərbi Rusiyaya təzyiqi zəiflətməməlidir. “Əgər ABŞ, Avropa Birliyi və Yaponiya Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalardan imtina edərsə, Moskva Ukraynada öz ekspansiyasını davam etdirəcək. Rusiyaya qarşı təzyiqi saxlamaq son dərəcə əhəmiyyətlidir”, – Deşitsa bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda bir neçə gün əvvəl keçirilən beynəlxalq iqtisadi forumda çıxışında Ukrayna xalqının seçiminə hörmətlə yanaşacağını bildirmişdi.
Putin həmçinin ümidvar olduğunu bildirmişdi ki, seçkilərdən sonra bütün döyüş əməliyyatları dayandırılacaq və dialoq prosesi başlayacaq.
Ömər Dağlı
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO