Dünya
ABŞ PKK üçün yeni mərkəz hazırlayır

ABŞ gündə 37 ton bomba yağdırdığı Suriyanın Rakka şəhərini PKK terror təşkilatının yeni mərkəzi etmək üçün hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının Müdafiə və Təshlükəsizlik Komissiyasının sədr köməkçisi Frants Klintseviç açıqlama verib.
O, ABŞ-ın Rakkaya humanitar yardımlar üçün büdcə ayıraraq Suriyada Bəşər Əsədin nəzarətində olmayan bir mərkəz qurmağa çalışdığını iddia edib. Həmçinin, ABŞ və onun rəhbərlik etdiyi koalisiya ölkələrinin birdən-birə Rakka üçün milyonlarla dollar və avro vəsait ayırmasına diqqət çəkib:
“Bütün bunların arxasında siyasi bir plan olduğu açıqca ortadadır. Burada məqsəd təkcə koalisiyanın barbar bombardmanlarını gizləmək deyil. Mənə görə, bu, Rakkanı bir başqa Suriyanın - Bəşər Əsədin nəzarətində olmayan Suriyanın yeni mərkəzinə çevirmək üçün separatçı cəhdlərdir”.
Zümrüd

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb