Bərzani TƏSLİM OLUR - "Hər şeyə hazıram"
Bizi izləyin

Dünya

Bərzani TƏSLİM OLUR - "Hər şeyə hazıram"

İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib.

Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad ilə problemləri konsitutsiya çərçivəsində həll etmək istədiklərini qeyd edib. O, bu mövzu üçün Bağdada bir heyət göndərməyə hazır olduqlarını söyləyib:
“Heyətin göndərilmə tarixini hələ ki müəyyən etməmişik. Bağdadın cavabını gözləyirik. Regional hökumət Bağdadla problemlərin konsitutsiya çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Təəssüf ki, hərbi əməliyyatların davam etməsi bölgələrin təhlükəsizlik və sabitliyinə ciddi şəkildə mənfi təsir göstərir. Eyni zamanda, iki tərəf arasında dialoqların başlanmasını əngəlləyir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm