NATO-dan Kataloniya ilə bağlı QƏRAR
Bizi izləyin

Dünya

NATO-dan Kataloniya ilə bağlı QƏRAR

"Kataloniya məsələsi İspaniyanın daxili işləri ilə bağlı bir məsələdir. Bu məsələ birbaşa İspaniyanın konstitusiyası çərçivəsində həll olunmalıdır"

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında deyib.

Baş katib İspaniyanın önəmli bir müttəfiq olduğunu bildirərək, Katalonyanın birtərəfli müstəqillik elan etməsinin əleyhinə olduğunu dilə gətirib.

Jurnalistlərin sualına birmənalı cavab verən Yens Stoltenberq bildirib ki. İspanya NATO üçün çox önəmli müttəfiqlərdən biridir və bu tərəfdaşlığın təhlükəsizliyini qorumaq lazımdır.

Xatırladaq ki, İspaniyanın şərqindəki Kataloniya özünü müstəqilliyini elan edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm