Somalidə partlayış: Ölənlərin sayı 23-ə çatdı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Somalidə partlayış: Ölənlərin sayı 23-ə çatdı (YENİLƏNDİ)

Somalinin paytaxtı Moqadişoda iki terror aktı nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb. 30 nəfər yaralanıb.

Ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurlar var.

“Aş Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

***

Somalinin paytaxtı Moqadişoda "Naasa Hablood 2" mehmanxanasının yaxınlığında partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, daha 15 nəfər isə yaralanıb.

Hal-hazırda Somali təhlükəsizlik qüvvələri və terrorçular arasında qarşıdurma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm