Barselona qarışdı: 300 min insan...
Bizi izləyin

Dünya

Barselona qarışdı: 300 min insan...

Barselonada İspaniyanın müstəqilliyinin saxlanmasını istəyən təqribən 300 min insan küçələrə çıxıb.

Report xəbər verir ki, mitinqə toplaşanların əksəriyyəti Kataloniya jeneralitetinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Karles Puçdemonun həbsini tələb ediblər.

Ötən gün İspaniya hökuməti Kataloniya parlamentinin buraxılması və Puçdemonun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib. Regionda birbaşa Madridin idarəçiliyi tətbiq edilir.

Kataloniyada parlament seçkiləri dekabrın 21-nə təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm