Tillerson: “Prezidentə hərbi gücdən istifadə etməyə icazə verilsin”
Bizi izləyin

Dünya

Tillerson: “Prezidentə hərbi gücdən istifadə etməyə icazə verilsin”

ABŞ-ın dövlət katibi Reks Tillerson prezidentə terrorçulara qarşı güc tətbiq etmək hüququnun verilməsi ilə bağlı Konqresə müraciət edib.

Publika.az bildirir ki, bu haqda “Reuters” agentliyi xəbər yayıb.

"Hazırda prezident administrasiyası düşmənə qarşı hərbi gücdən birbaşa istifadə edə bilmir, Konqresdən icazə almalıdır ki, bu da məsələni xeyli qəlizləşdirir və yubadır", - Senat dinləmələrində Tillerson şikayətlənib.

Müdafiə naziri Ceyms Mettis də analoji mövqe ifadə edərək bildirib ki, prinsip etibarilə müharibə gözlənilməz məfhumdur, qərarlar ani və çevik olmalıdır.

Məlumat üçün bildirək ki, oktyabrın ortasında Rakkanın azad edilməsindən sonra Vaşinqton Suriyaya təsirlərin gələcək planına malik deyil.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm