İspaniya bütün muxtaiyyətlərinə müstəqillik verəcək
Bizi izləyin

Dünya

İspaniya bütün muxtaiyyətlərinə müstəqillik verəcək

İspaniya hökuməti gələcəkdə ölkə daxilindəki bölgələrə müstəqillik referendumu keçirmək icazəsi üçün konsitutsiya dəyişikliklərinə gedə bilər.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Alfonso Dastis açıqlama verib.

“BBC” telekanalına müsahibə verən nazir parlamentin Kataloniya xalqının bir qisminin tələblərinə daha uyğun hala gətirmək üçün dəyişikliklər etdiyini açıqlayıb.

O, İspaniyanın digər qisimlərinin də konsitutsiya dəyişikliyinə səs verməsi ehtimalını dəyərləndirib:

“Maraqlanmalı olduğumuz bir siyasi vəziyyətlə qarşı-qarşıya olduğumuzu bilirik. Ancaq hər durumda bir qərar veriləcəksə, bütün ispaniyalılar tərəfindən verilməli”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm