Dünya
Ərdoğan Suriya ilə bağlı razılaşmanın DETALLARINI AÇIQLADI
“Suriya probleminin həllində, Suriya Milli Konqresinə daxil olacaq şəxsləri Türkiyə, İran və Rusiya seçəcək”.
Publika.az xəbər verir ki, Türkiyə lideri R.T.Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə keçirdiyi üçtərəfli danışıqlar haqqında mətbuata açıqlama verib.
R.T.Ərdoğanın sözlərinə görə, Soçidə keçirilən görüş zamanı Suriya böhranının həlli istiqamətində aparılan danışıqlarda Suriyanın ərazi bütövlüyü və siyasi birliyi mövzusuna aydınlıq gətirilib. Məsələnin siyasi tərəflərinin həll yollarının müzakirə ediləcəyi “Suriya Milli Konqresinə” isə dəvət ediləcək şəxslərə birabaşa Türkiyə, Rusiya və İran qərar verəcək: “Soçidəki üçtərəfli danışıqlar Türkiyə üçün olduqca əhəmiyyətli idi. İdlibdə mövcud olan nəzarət məntəqələrinin Afrində də yaradılmasına dair müzakirədə Rusiya və İranın mövqelərini öyrənmək önəmli idi. Artıq rahatlıqla bu məsələ ilə bağlı üştərəfli dostluq münasibətləri çərçivəsində fəaliyyətlərimizə davam edə bilərik. Qətiyyətli addımlarla irəli gedərsək, Afrinin əsl sahiblərinin bura qayıtması ilə şəhərin demoqrafik quruluşu yenidən bərpa ediləcək. Biz buna nail olacağıq. Afrin şəhərinin əhalisinin 50 %-ni ərəblər təşkil edirsə, 30%-ni kürdlər, 20%-ni isə türkmən və başqa etnik qruplar təşkil edir. İblid və Afrin şəhərləri üçün bu dəqiqə ən vacib məsələ qaçqın düşərgələrində olan yerli sakinlərin şəhərə geri qayıtmasıdır. Bu, birmənalı olaraq Türkiyədə yaşayan İdlib sakinlərinin öz torpaqlarına geri qayıtması və şəhərdə demokratik vəziyyəti bərpa etməsi deməkdir.”
Xatırladaq ki, Türkiyə prezidenti noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdən əvvəl danışıqlarda Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti ilə bağlı fikir mübadiləsi aparacağını bildirmişdir.
Könül Cəfərli
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi