Dünya
QƏRAR verildi: Suriyanın gələcəyi gələn həftə həll olunacaq
Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə
Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına
qatılmaq qərarını verib.
Publika.az xəbər verir ki, Cenevrədə Suriya hökuməti ilə
müxalifəti razılaşmaq üçün masada oturacaq.
Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə
toplantısına ortaq heyətlə qatılacaqlar.
Suriya Müxalif və İnqilabi Güclərinin Milli Koalisiyasının (SMDK)
üzvü Besme Kadmani bildirib ki, Cenevrəyə heç bir ilkin şərt irəli
sürmədən gedirlər: “Lakin siyasi həll yoluna keçid üçün təhlükəsiz
vəziyyətin yaradılması fikrimizdə qalırıq. Bunun da rejim (Bəşər
Əsəd) olduğu müddətdə həyata keçməsi mümkün deyil”.
Kadmani Cenevrəyə gedəcək heyətdə SMDK, Milli Kordinasiya Qurumu,
hərbi qruplar, Moskva və Qahirə qruplarının yer alacağını
bildirib.
Cenevrəyə gedəcək heyətdə təmsil olunacaq 50 nəfərin adı bu gün
açıqlanacaq. Zirvədə ən mühüm məsələ Əsədin hakimiyyətdən
gedib-getməməsi olacaq. Müxaliflər içindəki Moskva qrupu Əsədin
qalmasını, digər qruplar isə getməsini istəyir. Rusiyanın dəstəyinə
söykənən Bəşər Əsəd isə prezident postunu tərk etməyinin müzakirə
mövzusu olmadığını açıqlayıb.
Gələn həftə keçiriləcək görüş Suriyanın bundan sonrakı taleyi üçün
əhəmiyyətlidir.
Asif
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var