• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

ABŞ agenti bombanı PARTLATDI - Ərdoğanı 2019-cu ildə gözləyən BÖYÜK TƏHLÜKƏ

  • Dünya
  • 1 Dekabr 2017 22:00
  • 4 255 Baxış
ABŞ agenti bombanı PARTLATDI - Ərdoğanı 2019-cu ildə gözləyən BÖYÜK TƏHLÜKƏ

FETÖ (“Fəthullahçı Terror Təşkilatı”) istintaqında casusluqda ittiham olunan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Metin Topuz istintaq çərçivəsində əlavə ifadə verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 2013-cü il 17-25 dekabr hadisələrindən bir il əvvəl FETÖ-çü polis müdirləri - keçmiş İstanbul Maliyyə Şöbəsinin müdiri Yaqub Sayğılı, keçmiş Maliyyə Şöbəsinin müdir müavini Yasin Topçu və sözügedən əməliyyatlarda dinləmə işinə baxan İbrahim Şenər ilə ABŞ-a getdiyini bildirib.

Konstitusion sistemi aradan qaldırma, casusluq və Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhd ittihamları ilə həbs olunan Topuzun sözlərinə görə, ABŞ-da Vaşinqton və Nyu-York prokurorluğunda görüşlər keçiriblər.

Türkiyədən gedən nümayəndə heyəti ilk olaraq Vaşinqton prokurorluğunda olub. Burada prokuror Daniel Groomsla görüşdən sonra 25 sentyabr 2012-ci ildə DEA Baş İdarəsində Maliyyə Cinayətlər Bölməsinin rəhbəri Brayan Mckniqht, koordinator Mark Snyder, digər əlaqələndiricilər Margaret Villiams və Maykl Barbuda ilə bir araya gəliblər. Sentyabrın 27-də isə Nyu-York Cənub Bölgə Prokurorluğuna gedərək, burada prokuror Maykl Ferrara ilə, 28 sentyabr 2012-ci ildə DEA-nın Nyu-York bürosunda maliyyə cinayətlər bürosundakı qrup şefi Uilyam Callaham ilə görüşüblər.

Vaşinqtonda prokurorluq binasının qarşısındakı yerləşən bir oteldə, Nyu-Yorkda da isə “Əkiz Qüllələr”in yaxınlığında bir oteldə qaldıqlarını deyən Topuz görüşlərin işbirliyi deyil, məlumat mübadiləsi xarakteri daşıdığını bildirib.

“Mənimlə gedən rəsmilər ABŞ-dakı şəxslərə məlumatlar ötürüblər”, - o vurğulayıb.

Toppuzun bəhs etdiyi Yaqub Sayğılı, Yasin Topçu və İbrahim Şenər hazırda “17 və 25 dekabr istintaqı” çərçivəsində çevrilişə təşəbbüs etdikləri iddiası ilə həbsdədirlər.

Toppuzun ifadəsinin əslən azərbaycanlı, Türkiyənin iş adamı Rza Zərrabın ABŞ-da keçirilən məhkəmədə verdiyi ifadələrlə üst-üstə düşməsi diqqət çəkir. Türkiyənin “Xalqbank” bankının sədr köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılan (daha əvvə ABŞ-ın İrana maliyyə sanksiyalarını pozmaqda ittiham edilirdi –red.) Zərrab Türkiyə hökumətinə qarşı ağır ittihamlar səsləndirib. Keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana rüşvət verdiyini deyən Zərrab ilk dəfə Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanın və Ali Babacanın adını çəkib. O deyib ki, o zaman baş nazir olan Ərdoğan və maliyyə məsələlərinə məsul Ali Babacanın "İranla bağlı işlərə, yəni, qızıl ticarəti üçün “Vakıfbank” və “Ziraat Bankası”na şəxsən təlimat veriblər.

Xatırladaq ki, Türkiyədə FETÖ terror təşkilatına bağlı polislər 2013-cü ilin 17 və 25 dekabr tarixlərində Ərdoğanı devirmək üçün həbslər həyata keçirmişdi. Həmin vaxt Rza Zərrab da həbs olundu. Lakin daha sonra Ərdoğanın təlimatı ilə onu həbsxanadan buraxdılar. İddiaya görə, Rza Zərrabın 17-25 dekabr hadisələri zamanı həbs olunması Ərdoğanı məhkəmə qarşısına çıxarmaq planının bir hissəsi idi.

Oktyabr ayında isə Türkiyənin “Aydınlıq” qəzeti mənbələrə istinadən yazmışdı ki, ABŞ 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğana qarşı Rza Zərrabdan istifadə edəcək.

“ABŞ itirdiklərini yenidən qazanmaq üçün 2019-cu ildə Türkiyədəki prezident seçkilərində hərəkətə keçəcək. İngiltərənin tövsiyəsi və İsrailin dəstəyi ilə ABŞ prezident seçkilərində Abdullah Gülü namizəd kimi irəli çəkəcək. Ərdoğanın namizəd ola bilməməsi üçün isə “Zərrab işi”ni dövriyyəyə salacaq. ABŞ-ın məşhur CNBC media orqanının yayımladığı materiallar da bunu göstərir”, - qəzet yazıb.

CNBC adını açıqlamadığı, lakin Zərrabla bağlı məhkəmə işini yaxından izləyən mənbəyə istinadən məlumat yayıb ki, “məhkəmənin sonunda çoxlu məlumatlar ortaya çıxacaq və bu, türklərin üzünü qızardacaq”.

Məqalədə Ərdoğan təhdid olunur və iddia edilirdi ki, “Rza Zərrab məhkəmədə çirkli pul yumaq üçün qurduğu şəbəkədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və yaxın çevrəsinin xəbəri olduğunu etiraf edəcək”.

Nəşr mənbəyə istinadən iddia etmişdi ki, Metin Topuz Rza Zərrabı Federal Tədqiqatlar Bürosu (FTB) ilə görüşdürən şəxslərdən biridir.

“ABŞ-ın Topuz məsələsində Türkiyənin üzərinə bu qədər gəlməsi də bu şəxsin adi konsulluq əməkdaşı olmadığını göstərir. Topuzun “17-25 dekabr” arxiv sənədlərini ABŞ-a ötürdüyü ehtimalları var. Lakin Zərrab hazırda ABŞ üçün Topuzdan daha önəmli adamdır”, - deyə mənbə vurğulamışdı.

Göründüyü kimi, okeanın o tayında proseslər CNBC telekanalı və “Aydınlıq” qəzetinin mənbələrinin söylədiyi məcrada inkişaf edir. Müttəhim deyil, günahlarını etiraf edərək şahid kimi məhkəmə prosesinə qatılan Zərrabın elə ikinci iclasda Ərdoğanın adını çəkməsi hədəfin əslində kim olduğunu açıq göstərir.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR