Dünya
Putin-Ərdoğan görüşündə MÜƏMMALI ANLAR: Səhnəyə böyük bir masa gətirdilər və...
Rusiya prezidenti Vladimir Putin Ankara səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə “S-400” raket müdafiə sistemi razılaşmasını imzalamaqdan vaz keçib.
Publika.az-ın məlumatına görə, bu barədə Rusiya mediası xəbər yayıb.
Xəbərdə razılaşmanın imzalanmasından son anda vaz keçildiyi bildirilib. İki ölkə lideri arasında keçirilən görüşdə ilk sürpriz ikili təmasın gözləniləndən qısa keçməsi olub. Ruslar heyətlərarası görüşün tez başlayacağını gözləməyib. Ancaq onlar qısa müddətdə görüş zalına dəvət olunublar. “Qazprom”un prezidenti Aleksey Miller isə zala qaçaraq daxil olub.
Daha sonra Putin ilə Ərdoğanın mətbuata açıqlama verəcəkləri zalda qəribə anlar yaşanıb. Səlahiyyətli nümayəndələr səhnəyə böyük bir masanı sürükləyərək çıxarıb və imza mərasimi üçün hazırlayıblar. Putin ilə həmkarının kürsüyə çıxmalarına dəqiqələr qalarkən isə həmin masa səhnədən götürülüb. Rus heyətindən bir nəfər masanın “S-400” razılaşması üçün gətirildiyini bildirib.
Jurnalistlərin sual verə bilmədiyi mətbuat konfransında Putin özü “S-400”lər haqqında detalları açıqlayıb. O, razılaşmanın Türkiyə tərəfinə lazım olan krediti açdıqdan sonra imzalanacağını deyib.
Zümrüd
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər - VİDEO
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO