Trampın köməkçisi: “150 ölkəyə hücumun arxasında Pxenyan dayanır”
Bizi izləyin

Dünya

Trampın köməkçisi: “150 ölkəyə hücumun arxasında Pxenyan dayanır”

Bu ilin mayında zərərverici “WannaCry” virusu ilə 150 ölkəyə edilən hücumun arxasında Şimali Koreya dayanır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə məsləhətçisi Tom Bossert “The Wall Street Journal”ında dərc edilən məqaləsində yazıb.

“Biz yalnız ittihamları irəli sürmürük. Onlar dəlillərlə sübut edilib. Başqa hökumətlər və şəxsi şirkətlər də bununla razıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya, həmçinin “Microsoft” şirkəti kiberhücumun arxasında Pxenyanın dayandığını hesab edir. Donald Trampın köməkçisi vurğulayıb ki, ABŞ Pxenyanın kiberhücumlar və ya başqa xarakterli hücumlar etmə qabiliyyətinə mane olmaq üçün maksimal təzyiqin göstərilməsi üzrə strategiyanı davam etdirəcək.

Qeyd edək ki, “WannaCry” virusu dünyanın 150 ölkəsində 200 mindən çox istifadəçiyə zərər verib. Kompüterlərin sistemlərini bloklayan dələduzlar işin bərpası üçün Bitcoin kriptovalyutasında 300-dən 600 dollara qədər ödəniş tələb edirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm