Dünya
Ukrayna səması: bulud yerinə “Su-25” və “MİG-29”
Ukraynanın şərqində hazırda ən gərgin döyüşlər Donetsk şəhəri ətrafında gedir.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetskdə yerləşən hərbi hava bazasının üzərində hazırda vertolyotlar müşahidə aparır.
Məlumata görə, Donetsk beynəlxalq aeroportu uğrunda yeni döyüşlər başlanıb. Ukrayna ordusunun “Su-25” və “MİG-29” kimi hərbi təyyarələrdən istifadə etdiyi bildirilir.
Gərgin döyüşlərin getdiyi digər bir yer isə Donetsk yaxınlığındakı Xoroşovo qəsəbəsidir.
Qeyd edək ki, aktiv döyüş əməliyyatları 25 may prezident seçkilərində dayandırılmışdı. Seşkilərin ilkin nəticələrinin açıqlanmasından dərhal sonra –26 mayda hərbi əməliyyatlar yenidən başlayıb. İki gün əvvəl isə Donetsk beynəlxalq aeroportu tamamilə Ukrayna hərbçilərinin əlinə keçmişdi.
Ömər Dağlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO