Bəşər Əsəd devriləcək və ardınca... - Rusiya üçün QORXUNC SSENARİLƏR
Bizi izləyin

Dünya

Bəşər Əsəd devriləcək və ardınca... - Rusiya üçün QORXUNC SSENARİLƏR

İranın ali dini lideri Əli Xamenei ailəsini təhlükəsizlik məqsədilə Türkiyəyə göndərib.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Yaxın Şərq üzrə mütəxəssislərindən olan Aleksandr Şumilin "Atəşin mühasirəyə aldığı İranın Rusiyaya təsiri" başlıqlı yazıda bildirib.

O, dekabrın 28-də İranın Məşhəd şəhərində başlayan kütləvi etiraz aksiyalarını 1979-cu ildə Rza Pəhləvi şahın hakimiyyətdən uzaqlaşdırılması ilə müqayisə edib.

"Aldığımız məlumata görə, xalq ayağa qalxaraq İranın bir sıra şəhərlərində İran İslam İnqilabı Keşikçilər Korpusunun məntəqələrini ələ keçirməyə başlayıb. Üsyançılar mollalara çox əsəbidir. Hətta məlumatımıza görə, İranın ali dini lideri Əli Xamenei ailəsini təhlükəsizlik məqsədilə Türkiyəyə göndərib", - rusiyalı ekspert bildirib.

İran hakimiyyətinin ABŞ və Səudiyyə Ərəbistanı başda olmaqla, xarici gücləri ittiham etdiyini deyən Şumilin hesab edir ki, ölkədə 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi öncəsində yaranan vəziyyətin ortaya çıxdığına şübhə yoxdur. Rəsmi Moskvanın Yeni il tətili səbəbilə susmağa üstünlük verdiyini qeyd edən ekspertin fikrincə, Rusiyanın müttəfiq olaraq seçdiyi İrandakı hadisələr yaxın vaxtlarda Moskva üçün Suriyadan daha böyük başağrısı ola bilər.

Aleksandr Şumilin qeyd edir ki, İrandakı hadisələrin Rusiyaya təsiri üzrə iki ssenarini səsləndirmək olar:

Birinci ssenari: Üsyanlar bütün ölkəyə yayılacaq və İran İslam İnqilabı Keşikçilər Korpusu zərərsizləşdirildikdən sonra hakimiyyət devriləcək. Digər islam ölkələri ilə qarşıdurmaya son qoyaraq Suriyaya göndərdiyi hərbçilərini geri çəkəcək. Nəticədə, quruda dəstəyini itirən Suriya və Rusiya qısa müddətdə təsirini itirə bilər. Bəşər Əsəd isə Tehrandakı hakimiyyətdən qısa müddət sonra hakimiyyəti itirəcək.

İkinci ssenari: İran hakmiyyəti güc tətbiq edərək etiraz aksiyalarını yatıracaq. Ancaq eynilə Suriyada olduğu kimi, üsyan vətəndaş müharibəsini xatırlayacaq şəkildə müddətsiz davam edir. İran daxildə gücünü artırmaq üçün Suriya, İraq və Livana göndərdiyi İslam İnqilabı Keşikçilər Korpusunun döyüşçülərini geri çağıracaq. Rusiya üçün nəticə eynidir. İrandan silahlı dəstək almayan Bəşər Əsəd devriləcək. Rusiyanın təsiri bununla da yox olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm