Eyfel Qülləsinə giriş məhdudlaşdı
Bizi izləyin

Dünya

Eyfel Qülləsinə giriş məhdudlaşdı

Fransada “Eleanor” qasırğası Eyfel qülləsinin turistlərin üzərinə bağlanmasına səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə küləyin sürəti 140 km/saata çatması səbəbindən qülləyə giriş məhdudlaşdırılıb.

Güclü külək elektrik naqillərinə zərər vurub, 200 min evə elektrik enerjisi verilməsində məhdudiyyət yaranıb.

Fransa mətbuatının yaydığı məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar meteorologiya idarəsi ölkənin 48 bölgəsində “narıncı xəbərdarlıq” elan edib.

İki gün əvvəl isə ölkədə “Carmen” qasırğası səbəbindən 65 min evə elektrik enerjisi verilməsində məhdudiyyət yaranmışdı, 1 nəfər isə həyatını itirmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm