Dünya
Türkiyə sərhədlərində yeni dövlət yaradılır - ABŞ-dan TƏHLÜKƏLİ ADDIM
Suriyanın şimalında PYD-yə (PKK terror təşkilatının Suriya qanadı - red.) 4 min TIR silah-sursat göndərən ABŞ terrorçularla bağlı yeni bir addım atmağa hazırlaşır.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, İŞİD bəhanəsiylə Türkiyə sərhədində terror xətti qurmağa çalışan Vaşinqton PYD-nin nəzarətindəki 28 min kvadrat kilometrlik ərazini diplomatik olaraq tanımaq niyyətindədir.
Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən və Londonda çıxan ərəbdilli “Şərq el-Avsad” xəbər portalına danışan amerikalı bir diplomat Ağ Evin Suriya siyasətində yeni mərhələyə keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis PYD-nin nəzarətindəki bölgəni rəsmi olaraq tanımaq üçün “diplomat qrup” göndərib. Qrup PYD-nin liderləri ilə görüşüb və “yol xəritəsi”ni müzakirə edib.
Amerikadan gələn nümayəndə heyəti həmçinin bölgənin yenidən qurulması, infrastrukturun gücləndirilməsi, təhlükəsizlik güclərinə təlim verilməsi və ABŞ bazalarının modernləşdirilməsi mövzularında iş başlayıb. Bu prosesin növbəti addımının Suriyanı parçalayacaq “PKK dövləti”nin Vaşinqton tərəfindən tanınması olacağı bildirilir.
Ömər Dağlı
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto