Dünya
BMT Kiyevi Krımı verməyə məcbur etdi - SENSASİYALI İDDİA
“Kiyev 2014-cü ildə prezident və parlament seçkilərini keçirmək üçün Krım uğrunda vuruşmaqdan şüurlu olaraq imtina etdi”.
Publika.az "Strana.ua” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin səlahiyyətlərinin keçmiş müvəqqəti icraçısı Andrey Deşis bildirib.
Onun sözlərinə görə, bu, BMT və Ukrayna Təhlükəsizlik Şurasının ümumi qərarı idi. Diplomat qeyd edib ki, hərbi vəziyyətin tətbiqi halında ölkədə seçkilərin keçirilməsi mümkün olmazdı.
Xatırladaq ki, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşovun təşəbbüsü ilə 1954-cü ildə Krım Ukrayna SSR-nin (19 fevral 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə) tərkibinə verilib. Xruşov bu qərarı Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə vermişdi.
2014-cü ildə Maydan hadisələrinin sonunda - martında yarımada Rusiya tərəfindən ilhaq edilib. Moskva Krımın referendumun nəticəsi olaraq Rusiyaya birləşdirildiyini bildirir və yarımadanın Rusiya ilə birləşdirilməsi haqqında məsələni bağlanmış məsələ hesab edir.
Ömər Dağlı
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı