Quzğunlar yoxa çıxır: Zərdüştilərin dəfn ənənəsi itir
Bizi izləyin

Dünya

Quzğunlar yoxa çıxır: Zərdüştilərin dəfn ənənəsi itir

Hindistan yarımadasında quzğunların sayının azalması zərdüştilərin dəfn mərasimi ənənəsini gərginləşdirib.

Publika.az xəbər verir ki, “Şarkul Avsat”da yer alan xəbərə görə, son vaxtlar Hindistan, İran və Pakistanda quzğunların sayının sürətlə azalması səbəbindən ənənəvi dəfn mərasimləri keçirilmir.

Pakistanın Kəraçi şəhərində yaşayan 80 yaşlarında olan Hoşanq Kapadia "Artıq adət-ənənələrimizi saxlaya bilmirik. Biz həyat tərzimizi, mədəniyyətimizi itirmişik" deyib.

Təxminən 3500 illik tarixə malik qədim din olan zərdüştilikdə ölülər "sükut qüllələri" (daxma) adlanan silindrik tikililərin üzərinə qoyulur. Cəsədləri quzğunlar və digər leşyeyənlər parçalayır. Çürüyən meyitlərin sümükləri əhəng və fosfora çevrilərək qüllədəki quyuya atılır. 2007-ci ildə aparılan bir araşdırmada Hindistanda və ətraf bölgədə yaşayan üç quzğun növünün təxminən 97 faizinin yoxa çıxdığı bildirilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm