Dünya
Türk ordusu ABŞ əsgərləri ilə ÜZ-ÜZƏ GƏLİR: Qorxuya düşən Vaşinqton HƏRƏKƏTƏ KEÇDİ
Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə
ABŞ-la üz-üzə gələ bilər.
Publika.az xəbər verir ki, Afrindən fərqli olaraq,
Münbiçdə amerikalı hərbiçilər mövcuddur.
Suriyada Amerikanın əlində təkcə PYD qalıb. Məhz buna görə də
Vaşinqton bu gücü itirmək istəmir. Digər tərəfdən, Afrinlə
müqayisədə Münbiç Amerikanın Suriya strategiyasında daha
əhəmiyyətlidir. Hərbi ekspertlər hesab edir ki, ABŞ Münbiçin
YPG-nin əlində qalması üçün hər şeyə əl atacaq.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Afrindən sonra
PKK/PYD/YPG terrorçularının əlində olan Münbiçin təmizlənməsi
əməliyyatına başlayacaqlarını açıqlayıb. Məlumata görə, Türkiyə
ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox
narahat edən də məhz bu plandır.
Amerikalı rəsmilər Vaşinqtonun hazırda Ərdoğanın Münbiç planını
müzakirə etdiyini deyir.
Adının açıqlanmasını istəməyən amerikalı rəsmi “Münbiç koalisiya
qüvvələri tərəfindən azad edilib. Əgər Türkiyə ora doğru hərəkət
edərsə, vəziyyət tamamilə dəyişəcək” deyə bildirib.
Münbiç şəhərində və şəhərətrafı bəzi yerlərdə amerikalı əsgərlərin
olması da ABŞ-ı çətin vəziyyətə salır. Bu əsgərlər ABŞ-ın
dəstəklədiyi terrorçuları qorumaq məqsədilə mart ayında şəhərə
gəliblər. Onların PYD/YPG terrorçularına təlim keçdiyi deyilir.
“Middle East İnstitute” mərkəzinin Türkiyə bölməsinin rəhbəri Gönül
Tol Ərdoğanı Münbiç əməliyyatından vaz keçirməyin çətin olacağını
hesab edir.
“Münbiç ABŞ üçün xüsusi əhəmiyyətə malikdir. Amerika Türkiyə ilə
arasındakı gərginliyi yumşaltmaq üçün əlindən gələn hər şeyi
edəcək, lakin bunun çətin olduğu görünür”, - deyə o bildirib.
Analitiklərin fikrincə, Türkiyə Münbiçə doğru hərəkət edərsə,
Amerika ilə üz-üzə qalacaq və bu, böyük toqquşmaya səbəb ola
bilər.
Asif
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi