Afrin əməliyyatında “Mehmetçik”dən terrorçulara ƏN AĞIR ZƏRBƏ
Bizi izləyin

Dünya

Afrin əməliyyatında “Mehmetçik”dən terrorçulara ƏN AĞIR ZƏRBƏ

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrin şəhərindəki terrorçu dəstələrə qarşı birgə həyata keçirdiyi “Zeytun budağı”nın 24-cü günündə əməliyyat tarixininn ən önəmli hadisələrindən biri baş verib.

Publika.az xəbər verir ki, “Mehmetçik” və ASO Cinderes bölgəsinin nəzarətində olan Məhəmmədiyyə kəndi və Amara təpəsini PKK/PYD terrorçularından təmizləyib.

Terror təşkilatı hərəkatda ən böyük itkisini dünən yaşayıb. Bir gündə 103 terrorçunun öldürüldüyü açıqlanıb.

Bu gün hərəkatın 25-cü günüdür. Bu günə qədər 51 hədəf terrorçulardan təmizlənib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm