Dünya
Ukrayna ordusu bir gündə 300 separatçını məhv edib
Ukrayna ordusunun antiterror əməliyyatları davam edir.
Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin
rəhbəri Vladislav Seleznyov son bir sutka ərzində baş verənlər
haqda məlumat verib.
Publika.az xəbər verir ki, Seleznyov son bir sutka
ərzində, Ukrayna ordusunun Slavyansk və Donetskin Qırmızı Liman
qəsəbələri ətrafında apardığı əməliyyatlarda separatçıların 300
nəfər itki verdiyini bildirib. 50-dən çox yaralı var.
“Terrorçuların bu qəsəbələr ətrafındakı blokpostları dağıdılıb.
İndi orda qvardıyamızın əsgərləri keşik çəkir. Bir çox separatçı
hərbi formanı çıxarıb, mülki vətəndaş görkəmi ilə əməliyyat
zonasını tərk etməyə çalışır”,– deyən Seleznyov bildirib ki,
Ukrayna ordusu da itki verib. 2 döyüşçü ölub, 45 döyüşçü
yaralanıb.
Onun sözlərinə görə, terrorçuların möhkəmləndiyi Semyonovka və
Qırmızı Liman Ukrayna ordusunun tam nəzarətinə keçib.
İlqar Atabəyli
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?