Ali Məhkəmə Trampı məyus etdi
Bizi izləyin

Dünya

Ali Məhkəmə Trampı məyus etdi

ABŞ-ın Ali Məhkəməsi qeyri-leqal immiqrantların uşaqlarının müdafiəsi üzrə proqramın ləğvinə icazə verməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məsələyə baxılmasını Ali Məhkəmədən ABŞ administrasiyası xahiş etmişdi.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2017-ci ilin sentyabr ayında DACA, yəni valideynlərinin uşaq ikən ABŞ-a qeyri-qanuni şəkildə gətirdiyi 800 min gənc insan üçün nəzərdə tutulan dəstək proqramını ləğv edib.

2017-ci ilin payızında Donald Tramp administrasiyası bildirib ki, proqramı 2018-ci il 5 mart tarixinə qədər bağlamaq niyyətindədir. Amma iki federal məhkəmə proqramın əsas müddəalarının saxlanılması barədə göstəriş verib. Ağ Ev bu qərarlara hələ etiraz etməyib.

DACA proqramı Konqresdə respublikaçılar və demokratlar arasında fikir ayrılıqlarının əsas səbəblərindən biridir. Bu fikir ayrılıqları 2018-ci ildə federal hökumətin işində iki dəfə qısamüddətli fasilələrə gətirib çıxarıb. Demokratlar DACA-nın uzadılmasından imtina edən respublikaçıların mövqeyi ilə razılaşmırlar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm