Oğul anasını narkotik üstündə bıçaqladı
Bizi izləyin

Dünya

Oğul anasını narkotik üstündə bıçaqladı

32 yaşlı kişi narkotik üstündə anasını bıçaqlayıb.

Publika.az xəbər verir ki, Türkiyənin Qaziantep adlanan bölgəsində narkoman olduğu irəli sürülən 32 yaşlı M.S. evə gəlib anasından narkotik vasitə almaq üçün pul istəyib. Anası ona pul vermədiyi üçün aralarında münaqişə yaranıb. Münaqişə zəminində oğul anasına çörək bıçağı ilə 6 bıçaq zərbəsi vurub. Qadın evin ortasında qanlar içində qalıb.

Səs-küyə evə gələn qonşular qadının qanlar içərisində yerdə yatdığını görüb və təcili tibbi yardım çağırıblar. Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Polislər 32 yaşlı M.S.-i şübhəli şəxs qismində həbs edib. Faktla bağlı araşdırma başlayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm