Putinlə Tramp bu məkanda görüşəcək
Bizi izləyin

Dünya

Putinlə Tramp bu məkanda görüşəcək

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Vyanda baş tutacaq görüşünün vaxtı və məkanı bəlli olub.

Publika.az "RİA Novoste" istinadən xəbər verir ki, Avstriyada iyul ayının 15-də baş tutacaq görüş üçün bir neçə gün əvvəl Moskva və Vaşinqtondan nümayəndələr Vyanaya gəlib. Rusiya-ABŞ sammiti ilə bağlı məkanın təhlükısizliyini yoxlamaq məqsədilə hər iki ölkənin nümayəndələri xüsusi təyinatlı təhlükəsizlik işçilərindən ibarət qrup göndəriblər. Görüşün neçə gün davam edəcəyi haqqında məlumat verilmir.

Hər iki tərəf görüşün təfərrüatı, müzakirə ediləcək məsələlərlə bağlı məlumat verməkdən yayınır.

Xatırladaq ki, mart ayının 20-də Putin və Tramp arasında telefon söhbəti baş tutub. Kremlin mətbuat xidmətinin yaydığı xəbərə görə, danışıqdan sonra ABŞ və Rusiyanın xarici işlər nazirliklərinə yüksək səviyyədə sammitin keçirilməsi tapşırılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm