Dünya
Azərbaycanlı iş adamları Şimali İraqı tərk edir
Şimali İraqın paytaxtı Ərbil şəhərində çalışan azərbaycanlı iş adamları ölkəni tərk etməyə başlayıblar.
İraqın ən sakit, terrordan uzaq bölgəsində yaranmış gərginlik həmyerlilərimizi narahat etdiyi üçün geri qayıtmaq qərarı veriblər.
“İraq Şam İslam Dövləti” adlı silahlı qruplaşmanın Mosul şəhərində Türkiyə konsulunu girov götürməsi biznesmenlərin həyatını və iş fəaliyyətini də təhlükə altına qoyub. Ondan əvvəl isə Bağdadla Süleymaniyyə şəhərləri arasında yerləşən Xanegin ərazisində törədilən terror aktı iş adamlarımızı ciddi nəticəyə çıxarmağa sövq edib.
Bərzani hökuməti əcnəbi iş adamlarına ölkədə iş qurmaq üçün böyük imkanlar yaradıb. Bu bölgəyə yatırım qoymağa risk etməyənlər terror, təhlükəsizlik faktoruna görə başqa ölkələri seçirlər. Ona görə də Bərzani Ş.İraqda iş qurmaq istəyən sahibkarları bir il vergidən azad edir, onlara geniş imtiyazlar verir.
Odur ki, bu fürsətdən istifadə edən azərbaycanlı iş adamları da Ş.İraqın Ərbil, Süleymaniyyə şəhərlərində neft şirkətlərində işləyir, tikinti biznesi, tekstil mallarının satışı ilə məşğul olurlar. /Axar.az/
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır