Dünya
Erməni ekspertdən xəbərdarlıq: “Bu, Ermənistan üçün ciddi siqnaldır”
“Bir ay ərzində Qazaxıstan prezidenti Nursultan Nazarbayev dostu Putinlə birlikdə İlham Əliyevlə danışıqlara başladı. Eyni zamanda, Türkiyə Avrasiya İqtisadi İttifaqına cəlb edilməsi barədə söhbətlər dolaşır. Bu, Ermənistan üçün ciddi siqnaldır”.
Publika.az-ın erməni mətbuatına açıqlamasında bu sözləri Siyasi
və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Ağasi
Yenokyan deyib. Erməni politoloq hesab edir ki, faktiki olaraq
Nazarbayev və Putin Qarabağ məsələsində Ermənistanı dəstəkləməyə
maraqlı olmadıqlarını nümayiş etdirib. A.Yenokyan qeyd edir ki,
indiki halda Ermənistanın Avrasiya İttifaqına cəlb edilməsinin
səbəbi də qaranlıq olaraq qalır.
“Azərbaycan-Ermənistan sərhədində, demək olar, döyüşlər gedir, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç bir reaksiya vermir. Bütün üsullarla göstərmək istəyirlər ki, Avrasiya İttifaqında Ermənistana yer yoxdur. Amma eyni zamanda, Ermənistanı bu ittifaqa dartmağa çalışırlar. Bu artıq gülməli deyil, məntiqsiz hərəkətdir”, - o, bildirib.
A.Yenokyan əlavə edib ki, Ermənistanda hazırda “unikal” milli birlik var. O, bütün partiyaların rusmeyilli olduğunu söyləyib: “Ermənistanın bütün partiyaları rəqibimizin tərəfində çıxış edirlər”.
Ömər Dağlı
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA