Dünya
Putin Avropanın təklifini qəbul etdi
Ukraynanın Avropa Birliyi ilə imzalamaq istədiyi assosiativ sazişlə bağlı Avropa Birliyi-Ukrayna-Rusiya üçtərəfli məsləhətləşmələri keçiriləcək.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu tərəfindən irəli sürülən təkliflə Rusiya prezidenti Vladimir Putin razılaşıb.
Avrop Birliyi-Ukrayna-Rusiya üçtərəfli məsləhətləşmələrin keçirilməsi barədə razılığın əldə olunduğu Kremlin rəsmi saytında da təsdiqlənib. Məsləhətləşmələrin nazirlər və ekspertlər səviyyəsində aparılması nəzərdə tutulur.
Ukrayna mediasının yazdığına görə, Ukraynanın Avropa Birliyi ilə imzalamaq istədiyi assosiativ sazişlə bağlı Rusiyanın qorxuları danışıqların əsas obyekti olacaq. “Ukraynanın assosiativ saziş imzalanmasından sonra Avropa məhsulları ölkə bazarına gömrüksüz daxil olacaq. Moskva Avropa məhsullarının Rusiya malları üzərində təzyiq quracağından narahatdır. İstənilən halda üçtərəfli konsultasiyalar Ukraynaya sərf edir. Rusiya məmurları konsultasiyalarda qorxularının əsaslı olduğunu sübut etməli olacaq”, - unian.net yazıb.
Xatırladaq ki, Ukraynanın yeni prezidenti iyunun 7-də keçirilən andiçmə mərasimində xalqa müraciətində Avropa Birliyi ilə assosiativ sazişi mümkün qədər tez imzalayacağına söz verib. Onun sözlərinə görə, bu, Avropa Birliyinə tamhüquqlu üzv olmaq yolunda ilk addım olacaq.
Ekspertlər hesab edir ki, Ukraynanı Avropa yolundan saxlaya bilməyəcəyini başa düşən Kreml prosesdən minimal itkilərlə çıxmağa çalışır.
Ömər Dağlı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO