Dünya
Türkiyə bank rəhbərinə əvəz olaraq MİT agentləri və terrorçunu istəyir
Yunanıstanın İnterpol vasitəsilə qırmızı bülletenlə axtardığı “Postbank”ın İdarə Heyətinin keçmiş başçısı Angelos Filipidis 11 Yanvar tarixində İstanbulda saxlanmışdı. Türkiyə isə onu əvəzsiz olaraq Yunanıstana vermək niyyətində deyil.
Publika.Az –ın “CNN Türk"ə istinadən verdiyi məlumata görə, Türkiyə A.Filipidisi Milli İstixbarat Təşkilatının (MİT) 2 agenti və İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi (DHKP-C) üzvü olan 1 terrorçu ilə dəyişdirmək istəyir.
“CNN Türk"ün səsləndirdiyi iddia isə Yunanıstanın nüfuzlu qəzetlərindən olan “Ethnos”dan gəlib. Qəzetin yazdığına görə, iki ölkə səlahiyyətliləri arasında A.Flipidisin Yunanıstana qaytarılmasına əvəz olaraq yunan həbsxanalarında olan MİT-in 2 agenti ilə DHKP-C-nin kürd əsilli üzvünün Türkiyəyə qaytarılması barədə danışıqlar aparılır. Danışıqların uzanması üzündən Filipidisin Yunanıstana qaytarılmasının da gecikə biləcəyi deyilir.
Qeyd edək ki, A.Filipidis “Postbank” İdarə Heyətinin başçısı olduğu dövrdə rüşvət qarşılığında iş adamlarına təxminən 500 milyon avro zəmanətsiz kredit verməkdə ittiham olunur.
Ömər Dağlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu