Dünya
Türkiyə müxalifətinin vahid namizədi CHP-ni “partlatdı”
Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) parçalanma ərəfəsindədir.
Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb CHP və Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ekmeleddin İhsanoğlunu prezident seçkilərində müxalifətin vahid namizəd olaraq müəyyənləşdirməsidir.
CXP sədri Kamal Kılıçdaroğlunun partiyanın səlahiyyətli orqanı Partiya Məclisindən E.İhsanoğlu ilə bağlı razılıq almaması partiyadaxili qarşıdurma yaradıb. CXP-nin keçmiş sədri Dəniz Baykal və “baykalçılar” partiyanın dünən keçirilən qrup toplantısına qatılmayıb. Məlumata görə, təxminən 15 millət vəkili vahid namizədə qarşı strategiya hazırlamaq üçün keçmiş sədr D.Baykalın ətrafında birləşib.
D.Baykala yaxınlığı ilə tanınan millət vəkillərinin keçirdiyi toplantıda 4 maddədən ibarət qərarın verildiyi deyilir.
1. Kamal Kılıcdaroğlu İhsanoğlunun namizədliyini yenidən gözdən keçirməlidir.
2.Ekmeleddin İhsanoğlunun namizədliyinə qarşı sərt bir bəyanat yayılsın.
3.Təcili olaraq qurultay çağrılsın və prezidentliyə namizəd qurultayda seçilsin.
4. Lazımdırsa, İhsanoğluna qarşı alternativ namizəd irəli sürülsün.
D.Baykal özünün prezidentliyə namizəd olmaq istəmədiyini, amma eyni zamanda, E.İhsanoğlunun CHP-nin namizədədi ola bilməyəcəyini vurğulayıb.
Ömər Dağlı
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?