Dünya
ABŞ və Fransa Minsk Qrupunda niyə fəallaşıb? – Pərdəarxası
Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra maraqlı bəyanatlar verdi. Nazirlərin birgə keçirdiyi mətbuat konfransında rəsmi qonaq bildirdi ki, Avrasiya İttifaqına üzvlük və Qarabağ məsələsi müxtəlif problemlərdir və tamamilə bir-biri ilə əlaqəsi yoxdur.
Rusiya xarici işlər nazirinin Bakı səfəri İrəvanda da diqqətlə izlənib.
Publika.az-ın verdiyi xəbərə görə, ermənilərin 1in.am saytı S.Lavrovun bəyanatlarının prezident İlham Əliyevin Astana sammitinə yazdığı məktubunun motivlərini özündə əks etdirdiyini bildirib.
Sayt xatırladır ki, S.Lavrov Ermənistanın Avrasiya İqtisadi İttifaqına tanınmış beynəlxalq sərhədlərlə daxil olmalı olduğunu söyləyib:
“Lavrov Avrasiya İttifaqına üzvlük və Qarabağ münaqişəsinin bir-birindən fərqli olduğunu bildirib. Amma bunun belə olub-olmadığını vaxt göstərəcək. Erməni-türk münasibətlərinin də Qarabağ münaqişəsinin bir-birindən ayrı olduğu barədə dəfələrlə deyilib. Ancaq biz de-fakto görürük ki, bu məsələlərə birlikdə baxılır. Məsələlərdə ayrı-ayrılıqda irəliləyiş yoxdur. Baxaq görək, bu Avrasiya İttifaqı və Qarabağ məsələsində özünü necə göstərəcək?”
Yazıda bildirilir ki, ancaq bu problemlərə müxtəlif tərəflərdən baxılmalıdır: “Qarabağ probleminə Avrasiya İttifaqının yaradılması kontekstində baxılması Qərbdə narazılıq yaratdı. Çünki bu münaqişənin nizamlanması prosesində real balansın dəyişməsi təhlükə ilə nəticələnə bilərdi. Təhlükə isə ondan ibarət idi ki, Rusiya Türkiyəni tənzimlənmə prosesinə cəlb edə bilərdi. Qərb hadisələrin bu cür inkişafının qarşısını almaq üçün hər şey etdi. Minsk Qrupunda ABŞ və Fransa aktivləşdi. Nəticədə Rusiya faktiki olaraq Türkiyənin prosesə cəlb edilməsi ilə bağlı öz təşəbbüsündən imtina edir. Amma növbəti münasib vaxta qədər. Ermənistan üçün bu əlverişlidir. Çünki heç olmasa, real təhlükələri müvəqqəti aradan qaldırır”.
“Ancaq digər tərəfdən sual yaranır: Rusiya bu “müqavilənin pozulması” üçün Azərbaycan və Türkiyəyə nə ödəyəcək? Bu sualın cavabı hələ yoxdur. Çünki Lavrov Azərbaycandan sonra Ermənistana gələcək.İstisna edilmir ki, Qərbin səyləri ilə pozulan “müqavilə”nin xərcini Rusiya Ermənistanın üzərinə qoyacaq. Baxaq görək, Lavrov Bakı səfəri üçün İrəvana hansı hesabı təqdim edəcək?”, - 1in.am saytı sonda qeyd edib.
Ömər Dağlı
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO