Dünya
Kürdlər İŞİD-ə qarşı səfərbərlik elan etdi
Şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani bütün kürdləri İraq Şam İslam Dövləti qruplaşmasına qarşı döyüşməyə çağırıb.
Məsud Bərzani İŞİD-in İraqda şəhərləri bir-bir ələ keçirməsindən sonra Şimali İraq kürd muxtariyyətində təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini bəyan edib.
Kürdlərə və peşmərgələrə səslənən Bərzani deyib ki, təqaüddə olan bütün peşmərgələr yenidən orduya yazılmalı, terrorçulara qarşı son damla qanına kimi döyüşməlidir: “Çünki burada söhbət kürd xalqının təhlükəsizliyindən gedir. Əgər bütün qüvvələr səfərbər olmasa, terrorçular kürdlərə qarşı cinayət törədə bilər. Bundan başqa kürdlər də peşmərgələrə hər cür yardım etməlidir”.
Bərzani həmçinin qeyd edib ki, kürd xalqı şiə və sünnilərlə birlikdə İŞİD-ə qarşı sonuna qədər mübarizə aparmağa hazırdır.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO