Dünya
"O, gecə yuxuda olan ailələri, uşaqları, qadınları öldürüb"
ABŞ-ın dövlət katibi Con Kerri Suriya
prezidenti Bəşər Əsədin vəzifəsində qaldığı
müddətdə müxaliflərin döyüşü buraxmayacağını söyləyib.
Anspress-in məlumatına görə, Suriyaya dair "Cenevrə-2" sülh
konfransında danışan Kerri: "Sizə Əsədin gələcəkdə yerinin
olmadığını sadə bir şəkildə izah edim: əvvəlcə öz ölkəsində
yaratdığı fövqəladə təxribat səbəbiylə qala bilməz. O, universitet
tələbələrini və həkimləri "Scud" raketləri ilə öldürüb. O, gecə
yuxuda olan ailələri, uşaqları, qadınları, yaşlıları kimyəvi
silahla öldürüb. O, döyüş qanunvericiliyinə zidd şəkildə
vətəndaşlara qarşı toplarla, barrel bombalarıyla fövqəladə güc
tətbiq edib", - deyib.
Əsədin 130 min insanı öldürərək itirdiyi hökumətini gələcəkdə
yenidən qazanmaq şansını da itirdiyini ifadə edən Kerri, "Buna görə
Əsəd yerində qaldıqca, müxaliflər döyüşəcəklər" fikrini
səsləndirib.
Kerri ölkəsinin gələcəyi və sülh naminə Əsədi vəzifəsindən getməyə
çağıraraq, əks halda ölkədə heç cür sabitliyin olmayacağı barədə
xəbərdarlıq edib.
Qeyd edək ki, Con Kerri Suriyada 11 min məhbusun ac buraxılaraq
işgəncəyə məruz qalması şəkillərini də isanlıq üçün tragediya hesab
etdiyini bildirib.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi