Türkiyə ordusu PKK ilə toqquşdu – VİDEO
Bizi izləyin

Dünya

Türkiyə ordusu PKK ilə toqquşdu – VİDEO

Tuncelidə PKK-çılar və TİKKO-çulara qarşı təşkil olunan əməliyyatda Türkiyə ordusuna atəş açılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam hüquq-mühafizə orqanları Tuncelinin Ovacıq və Hozat rayonları arasındakı yolu kəsib avtomobilləri yandıran PKK və TİKKO-çulara (Türkiyə Fəhlə Kəndli Qurtuluş Ordusu) qarşı əməliyyat təşkil ediblər.

PKK-çılar atəş açdıqlarından əsgərlər də də onlara qarşılıq veriblər. Nəticədə atışma bir müddət davam edib. PKK-çılar meşəlik ərazilərə qaçıb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm