Dünya
Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası bu gün də davam edir.
Dünən səhərdən bu gün səhər saatlarınadək keçirilən aksiyada 409 nəfər yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır.
Xəsarət alanlardan 28-i polis, jandarm və təcili yardım əməkdaşlarıdır. Yaralıların böyük əksəriyyəti avtomobillərin hərəkətinə mane olmağa çalışan zaman xəsarət alan aksiya iştirakçılarıdır.
“Sarı jiletlilər“ arasında dava, soyuq silahdan istifadə, aqressiya halları da baş verib ki, bu gecə saatlarında daha yüksək olub.
Dünən gün ərzində 2034 ərazidə keçirilən aksiyada 287710 nəfər iştirak edib. Bu gün səhər saatlarında yüzlərlə ərazidə etirazlar davam edir.
Xatırladaq ki, sarı jiletlər geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz əlaməti olaraq avtomobillərin yollarını kəsərək onların hərəkətinə mane olmağa çalışırlar.(Report)
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO