G20 liderləri birgə bəyanatı razılaşdırdılar
Bizi izləyin

Dünya

G20 liderləri birgə bəyanatı razılaşdırdılar

Argentinada keçirilən sammitdə G20 liderləri müştərək bəyanat razılşadırıblar.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, noyabrın 30-dan dekabrın 1-nə qədər Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan G20 sammitinin yekunlarına görə liderlər müştərək yekun bəyanat razılaşdırıb.

"Biz qanunlara əsaslanan, sürətlə dəyişən dünyanın çağırışlarına effektiv cavab verməyə qadir olan beynəlxalq qaydaları yaxşılaşdırmaq üçün birlikdə işləmək öhdəliyini təsdiq edirik", - deyə sənəddə qeyd olunur.

Qeyd edilir ki, sazişin mətnində iqlim dəyişikliklərində, beynəlxalq ticarətdə, rəqəmsal iqtisadiyyatda, fiskal siyasətdə və s. problemləri əks etdirən bəndlər də vardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm