Dünya
Burada rus dilindən başqa dildə danışmaq təhlükəlidir
Mart ayında Rusiyaya birləşdirilən Krım Muxtar Respublikasının ruslaşdırılması prosesi davam edir.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Krım “parlamenti”nin spikeri Vladimir Konstantinov avqust ayına qədər yarımada ərazisində Ukrayna və ingilis dillərində olan yol nişanlarının sayının azaldılmasını təklif edib.
V.Konstantinov bu təkliflə Krım Nazirlər Şurasının iclasında çıxış edib.
“Bir ay ərzində bütün yol nişanlarını yeniləmək lazımdır. Yanlış olan nədir? Yanlış odur ki, Ukrayna və ingilis dillərində yol nişanları olduqca çoxdur. Biz Ukraynaya qarşı deyilik. Amma ingilis dilinə heç bir ehtiyac yoxdur. Düşünmürəm ki, İngiltərədə yol nişanları rus dilindədir. Biz hamımız bilirik ki, onlar bizi necə “sevirlər”, – Konstantinov deyib.
Ukrayna mətbuatının yazdığına görə, yarımadada rus dilindən başqa istənilən dildə danışmaq təhlükəlidir. Yarımadada Krım tatarları və ukraynalıların təqib edildiyi, Ukrayna tərəfdarı olan fəalların oğurlandığı bildirilir.
Ömər Dağlı
-
Nəqliyyat23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin123:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq